AZ

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib

Bakı, 1 may, AZƏRTAC

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiyasında süni intellektin mədəniyyətlərə təsiri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, “TC Holdings” platformasının qurucusu, beynəxlalq biznesmen, israilli texnoloji innovasiya üzrə mütəxəssis Tal Katranın moderatorluğu ilə keçirilən panel sessiyasında indiki dövrdə bu texnologiyaların tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi bütün sahələrdəki kimi mədəniyyət və yaradıcılıq sahəsində də öz yerini tutduğu diqqətə çatdırılıb.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov çıxışında Azərbaycanda süni intellektlə bağlı layihələr barədə ətraflı məlumat verib. O, bildirib ki, hazırda geoməkan məlumatları müxtəlif sahələrdə istifadə edilir. Süni intellektin kənd təsərrüfatı, infrastruktur və inşaat, təhlükəsizlik və mühafizə, təbii ehtiyatlar, kommunal xidmətlər, istehsal və digər sahələrdə dünyada geniş tətbiq olunduğunu diqqətə çatdıran Fariz Cəfərov bu texnologiyaların Azərbaycanda da geniş istifadə olunduğunu vurğulayıb.

“İşğaldan azad edilmiş Qarabağda şəhərsalmada "ağıllı şəhər" və "rəqəmsal əkizlər"dən istifadə olunub. IV sənaye inqilabı texnologiyaları, o cümlədən süni intellekt üzrə çağırış və təşəbbüslərin təhlili, onların milli iqtisadiyatda tətbiqi imkanlarının araşdırılması və bu fəaliyyətin koordinasiyası, “elm-sənaye klasteri 4.0”ın qurulması ilə bağlı dövlət, özəl və elmi müəssisələr arasında tərəfdaşlığın təşviqi kimi bir sıra digər fəaliyyətləri həyata keçirir. Azərbaycanda hazırlanan Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyada 2030-cu ilə qədər reallaşdırılacaq 61 təşəbbüs, o cümlədən 9 aparıcı layihə nəzərdə tutulub. Bununla yanaşı, ölkədə Azərbaycan dili əsaslı Generativ Süni İntellekt sistemi qurulur”, - deyə Fariz Cəfərov əlavə edib.

Türkiyənin “Alegori Studio” şirkətinin kreativ direktoru Serdar Korkmaz süni intellektin insanlarda qorxu yaratmasının normal olduğunu qeyd edərək, bu texnologiyanın yalnız insanların yaradıcılığına dəstək məqsədi daşıdığını vurğulayıb. Süni intellektin artıq həyatımızda bir sıra məsələlərdə aktiv rol oynadığını bildirən Serdar Korkmaz cəmiyyətdə baş verən bu dəyişikliyin qaçılmaz olduğunu deyib.

Data üzrə mütəxəssis Pau Garcia bildirib ki, süni intellekt barədə danışarkən həm onun effektiv faydası, həm də gətirəcəyi ziyan və təhlükəsi diqqət mərkəzində saxlanılmalıdır.

“Sosial media kimi süni intellekt də həyatımıza böyük dəyişikliklər gətirir. Təhlükələr barədə danışmaq düşünürəm artıq gecdir. Çünki hamımız süni intellektin insanın şəxsi sərhədlərini hesaba almadan hərəkət etdiyi nümunələri ilə artıq tanışıq. Bura insan səsinin dəyişməsi, “deepfake” (simanın istifadə olunması) və s. alətlər daxildir. Biz təkcə neqativi deyil, süni intellektin bizə verə biləcəyi faydaları daha çox fikirləşməliyik. Misal üçün işimizdə, yaradıcılığımızda süni intellekt bizə necə kömək edə bilər. Düşünürəm ki, süni intellekt artıq mədəniyyətin əsas köməkçisinə çevrilib”, - deyə P.Garcia vurğulayıb.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib ki, bəşəriyyətin inkişafı üçün süni intellektin dəstək yoxsa təhdid olduğunu araşdıranda görürük ki, öncə biz məlumatları rəqəmsallaşdırırıq, sonra bunu süni intellekt vasitəsilə layihəyə çeviririk: “Süni intellekt hamımız üçün çağırışdır. Burada yeni sahələr, yeni istiqamətlər, yeni mədəniyyət nümunələri ortaya çıxır. İlk öncə süni intellektin insanların hüquqlarına necə təsir etdiyini müəyyənləşdirməliyik”.

Panel sual-cavab sessiyası ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7567
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5145
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4861
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2694
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2664
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2579
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2257
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1648
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579