AZ

Ukraynanın 140 əsgərinin meyiti qaytarılıb

Ukrayna Silahlı Qüvvələrinin 140 əsgərinin cəsədi Kiyevə qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna tərəfindən Koordinasiya Qərargahı məlumat yayıb.

Rusiya tərəfi cəsədlərin mübadiləsi barədə məlumat verməyib.

Koordinasiya Qərargahının “Facebook” səhifəsində bildirilib ki, meyiti qaytarılan hərbçilərin 112-si Donetsk istiqamətində döyüşürdü, 20-si Luqansk istiqamətində, 5-i Sumıda, 2-si Zaporojyedə, 1-i Xersonda vuruşub.

Həlak olan hərbçilərin cəsədlərinin sonuncu mübadiləsi aprelin 12-də aparılmışdı.

Seçilən
55
10
Mənbələr
Şərh ()
Bağla