AZ

İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı

İstanbul Ali Cinayət Məhkəməsi 2022-ci ilin noyabrında İstiqlal prospektində terror aktını törədən qadına hökm oxuyub.

NOCOMMENT.az qaynarinfo-a istinadən xəbər verir ki, Əhlam əl-Bəşir 7 ömürlük və 1794 il həbs cəzasına məhkum edilib.

Prokurorlar onun üçün 1949 il ilə 3009 il arasında həbs cəzası istəmişdilər.

İstanbulun mərkəzindəki İstiqlal piyada küçəsində terror aktı 2022-ci il noyabrın 13-də baş verib. Nəticədə 6 nəfər ölüb, 99 nəfər yaralanıb. Türkiyə hakimiyyəti terror aktında “Xalq özünümüdafiə dəstəsi” və PKK-nı günahlandırıb.

20 noyabr 2022-ci ildə Türkiyə silahlı qüvvələri Suriya və İraqda kürd qüvvələrinə qarşı hava əməliyyatına başlayıb. “Pəncə-qılınc” əməliyyatı səkkiz gün davam edib. Türkiyə ordusunun məlumatına görə, İraq və Suriyada ümumilikdə 364 terrorçu məhv edilib.

Seçilən
64
15
Mənbələr
Şərh ()
Bağla