AZ

Kanada İrana qarşı sanksiyaları genişləndirib

Kanada rəhbərliyi iki iranlı generala, o cümlədən ölkənin müdafiə naziri Məhəmməd Rza Aştianiyə və ölkənin Baş Qərargahına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.

Qeyd edilir ki, Kanadanın sanksiyalar siyahısına İranın İsrailə son hücumundan sonra əlavə olunub.

“Kanada bu gün oxşar addımlar atan ABŞ və Böyük Britaniya da daxil olmaqla G7 müttəfiqləri ilə koordinasiyalı şəkildə bu sanksiyaları tətbiq edir. O, yenidən İranı və onun hərəkətlərini kəskin şəkildə pislədiyini və (Yaxın Şərqdə) gərginliyin azaldılmasına çağırdığını bildirir”, - Kanada XİN-in bəyanatında qeyd olunub.

Mənbə: iz.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla