AZ

"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"

 
"HƏMAS Fələstin Azadlıq Təşkilatına qoşulmaq, Qəzza və Fələstin Muxtariyyətinin vahid hökumətini formalaşdırmaq istəyir..."
 
"Biz daimi atəşkəs və İsrail qoşunlarının Qəzza bölgəsindən tamamilə çıxarılması tələblərimizdən geri çəkilməyəcəyik..."
 
HƏMAS 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin yaradılacağı şərtilə İsraillə beş il və ya daha çox müddətə atəşkəsə, silahı yerə qoymağa və siyasi partiyaya çevrilməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürösunun üzvü Xəlil əl-Heyya "Associated Press" agentliyinə bəyan edib.
 
Agentlik vurğulayır ki, bu bəyanat Qəzza bölgəsində girovların azad edilməsi və atəşkəs haqqında bir neçə ay davam edən və dalana dirərən danışıqlar fonunda verilib. 
 
HƏMAS-ın konüllü  tərksilah edilməsinin mümkünlüyü barədə təklif isə İsrailin rəsmən məhv edilməsinə məhkum etdiyi həmasçılar tərəfindən xeyli güzəşt adlandırılır.
 
Bu zaman nəşr qeyd edir ki, İsrail oktyabrın 7-də baş verənlərdən sonra çətin ki, belə ssenarini nəzərdən keçirsin. Həm də İsrailin indiki rəhbərliyi 1967-ci ilin sərhədlərində Fələstin dövlətinin yaradılmasının qəti əleyhinədir.
 
Həmasçıların İstanbulda olan yüksək vəzifəli nümayəndəsi həmçinin bəyan edib ki, HƏMAS Fələstin Milli Qurtuluş Hərəkatı partiyasının rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatına qoşulmaq və Qəzza və muxtariyyətin vahid hökumətini formalaşdırmaq istəyir.
 
O, növbəti dəfə qeyd edib ki, HƏMAS beynəlxalq qətnamələrə uyğun olaraq İsrailin 1967-ci ilədək olan sərhədləri boyunca İordan çayının Qərb sahilində və Qəzza bölgəsində tam suveren Fələstin dövlətinin yaradılması, habelə fələstinli qaçqınların geri dönməsinə razı olacaqdır. Əgər bu baş verərsə, qruplaşmanın hərbi qanadı özü-özünü buraxacaq.
 
Xəlil əl-Heyya həmçinin bəyan edib ki, İsrailin Rafaha hazırlanan hücumu HƏMAS-ı məhv edə bilməz və hazırda İsrail Müdafiə Ordusu HƏMAS-ın insani və maddi potensialının cəmi 20 faizini məhv edə bilib.
 
Onun müavini Yəhya Sinvarın fikrincə, müharibəni konsensus əldə etməklə bitirmək olar. Dalana dirənən danışıqlara gəldikdə, əl-Heyya öz təşkilatının girovlar mübadiləsində çevikliyini qeyd edib.
 
O, bəyan edib ki, HƏMAS daimi atəşkəs və İsrail qoşunlarının Qəzza bölgəsindən tamamilə çıxarılması tələblərimizdən geri çəkilməyəcək.
 
"Əgər biz müharibənin bitəcəyinə əmin olmasaq, nədən girovları təhvil verməliyik?", - o, sual edib.
 
O, həmçinin ABŞ-ın Qəzza sahili boyunca dənizlə yardımın çatdırılması üçün inşa edəcəyi üzən körpü ətrafında yerləşən İsrail və ya digər qüvvələrə HƏMAS-ın hücum edəcəyi ilə təhdid edib.
 
"Biz Qəzzada, dəniz və ya quruda Fələstindən başqa bu yerlərdə İsrailin və ya istənilən başqa işğalçı qüvvələrin mövcud olmasını qəti şəkildə rədd edirik", - o, bəyan edib.
 
Nəhayət, Xəlil əl-Heyya HƏMAS oktyabrın 7-də mülki sakinlərə hücum etdiyini inkar edib. Onun fikrincə, əməliyyat uğurla aparılıb və öz əsas məqsədinə-Fələstin məsələsinin dünyanın diqqət mərkəzinə qaytarılmasına nail olub.
 
Onun sözlərinə görə, İsrailin sonucda HƏMAS-ın kökünü kəsmək cəhdləri gələcəkdə Fələstinin silahlı üsyanlarının qarşısını ala bilməyəcək.
 
"Tutaq ki, onlar HƏMAS-ı məhv edəcək, amma Fələstin xalqı ki, yox olmayacaq?" - o, sual edib.
Seçilən
39
50
Mənbələr
Şərh ()
Bağla