AZ

Həmas heyəti Qəzzada atəşkəs danışıqları üçün Qahirəyə gedəcək

Fələstinin HƏMAS hərəkatının nümayəndələrindən ibarət nümayəndə heyəti Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün aprelin 29-da Qahirəyə səfər edəcək.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə mənbələrə istinadən Reuters məlumat yayıb.

 

"Həmas nümayəndə heyəti Qəzza zolağında atəşkəs danışıqlarında iştirak etmək üçün bazar ertəsi Qahirəyə səfər edəcək", - agentliyin açıqlamasında deyilir.

 

Qeyd olunur ki, nümayəndə heyəti regionda vasitəçilərin təklif etdiyi atəşkəs rejimini, həmçinin Fələstin-İsrail münaqişəsinin həlli variantlarına İsrailin reaksiyasını müzakirə edəcək.

 

Bundan əvvəl Axios portalı bildirmişdi ki, İsrailin Fələstinin Həmas hərəkatı ilə girovların azad edilməsi ilə bağlı son təklifi Qəzza zolağında “uzunmüddətli sakitliyin bərpasını” nəzərdə tutur.

 

Bundan əvvəl Hizbullah əsgərləri İsrail Hərbi Hava Qüvvələrinin bazasını atəşə tutub.

 

Nigar

 

Seçilən
109
50
Mənbələr
Şərh ()
Bağla