AZ

İsrail HƏMAS-a güzəştə getməyə razılaşıb

İsrail girovların sayı ilə bağlı HƏMAS-a qarşı tələblərini yumşaltmağa razıdır...Poliqon xəbər verir ki.bu barədə İsrailin “Ynet” nəşri mənbələrə istinadən məlumat yayıb.“İsrail Qəzza zolağında atəşkəs üçün Fələstinin HƏMAS radikal hərəkatına qarşı güzəştlərə getməyə və tələblərini yumşaltmağa hazırdır”, deyə portal xəbər verir.Qeyd olunur ki, İsrail tərəfi 40 yox, 33 girovun azad edilməsinə razıdır. Bu qrupa qadınlar, qocalar və xəstələr daxil olacaq. Bunun müqabilində Təl-Əviv atəşkəs müddətinin azaldılmasını tələb edir.Qeyd edək ki HƏMAS təşkilatınhərbi qanadının buraxılması üçün bir şərt irəli sürüb. Hərəkat 1967-ci sərhədlərində Fələstin dövlətinin qurulması halında silahlarını yerə qoymağa hazır olduğunu bəyan edib.Poliqon.info

Seçilən
106
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq