- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Rusiya, Azərbaycan və Ermənistan arasında olan kompleks üçtərəfli razılaşmalar qüvvədədir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, erməni jurnalistin “Rusiya Sülhməramlı Kontingentinin Qarabağdan çıxarılmasından sonra 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşməsi ilə bağlı sualına belə cavab verib:
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları öz aktuallığını qoruyub saxlayır. Tərəflərdən heç biri onlardan rəsmi şəkildə imtina etməyib”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.