AZ

Baş nazir arvadına görə istefa verməyə hazırlaşır

İspaniyanın baş naziri Pedro Sançes həyat yoldaşına qarşı korrupsiya araşdırmasından sonra ictimai vəzifələrini dayandırıb.

KONKRET.az xəbər verir ki, yazılı bəyanatında İspaniya lideri hökumətə rəhbərlik etməyə davam etməmək barədə təcili qərar verməli olduğunu bildirib.

Xatırladaq ki, məhkəmə onun həyat yoldaşı Beqona Qomezə qarşı korrupsiya iddialarını araşdırır.

Sançes isə həyat yoldaşının şərəfini qoruyacağını və məhkəmə sistemində onu müdafiə edəcəyini bəyan edib.

İspaniyanın baş naziri bəyan edib ki, aprelin 29-da qərarını media qarşısında açıqlayacaq. Qeyd edək ki, məhkəmə Beqoma Qomezə qarşı irəli sürülən ittihamların təfərrüatlarını açıqlamayıb.

“El Confidencial” saytı yazıb ki, araşdırmalar Qomezin dövlət pulu və tenderləri alan şirkətlərlə əlaqələrinə aiddir.

İspaniya mətbuatı Sançesin Madriddəki iqamətgahına getdiyini yazıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla