PSJ 3 xalı 4 qolla qazandı
Bu gün Fransa Liqa 1-də XXIX turdan təxirə salınmış oyunlar keçirilib.
Futbolpress.az xəbər verir ki, lider PSJ səfərdə "Loryan"a qalib gəlib.
"Marsel" "Nitsa" ilə heç-heçə edib, "Lill" isə "Monako"ya uduzub.
Fransa Liqa 1
XXIX turdan təxirə salınmış oyunlar
24 aprel
Loryan - PSJ 1:4
Qollar: M.Bamba, 73 - O.Dembele, 19, 60, K.Mbappe, 22, 90
Marsel - Nitsa 2:2
Qollar: C.Klauss, 31, P.Obameyanq, 56 (pen.) - T.Moffi, 13, M.Bard, 72
Monako - Lill 1:0
Qol: Y.Fofana, 61