AZ

Ələsgər Məmmədli vəsatətini geri götürdü

"Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin həbsinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət geri götürülüb.

Qafqazinfo xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc Xətai Rayon Məhkəməsində keçirilən prosesdə məlumat verib.

Vəkil həm özü, həm də müvəkkilinin vəsatətdən imtina etdiyini elan edib.

Qeyd edək ki, Ə. Məmmədli "Toplum TV” işi üzrə həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
Mənbələr
Şərh ()
Bağla