AZ

Məktəbdə qısaqapanma: Şagirdlər təxliyyə olundu - YENİLƏNİB

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.

 

Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

 

12:45

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub:

 

"1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub".(APA)

 

 

Seçilən
70
13
Mənbələr
Şərh ()
Bağla