AZ

Fransa hava limanlarında uçuşlar ləğv ediləcək

Hava dispetçerlərinin tətili aprelin 25-də Fransa hava limanlarında uçuşların 75%-ə qədərinin ləğvinə səbəb olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, aprelin 25-də keçiriləcək etiraz aksiyası zamanı "Paris Orli" hava limanından uçuşların 75%-i, "Şarl de Qoll" aeroportundan isə 65%-i ləğv ediləcək.

Ölkə üzrə hava limanlarının tətilə qoşulacağı gözlənilir. Xüsusilə, Tuluza və Nitsada uçuşların təxminən 60%-i ləğv ediləcək.

Telekanal qeyd edir ki, dispetçerlərin işinin dayandırılması aviaşirkətlərə on milyonlarla avroya başa gələcək və on minlərlə sərnişinə də təsir edəcək.

Etirazçılar əmək şəraitinin yaxşılaşdırılmasını, o cümlədən maaşlara yenidən baxılmasını tələb edirlər. Hava dispetçerlərinin tələbləri dinlənilməsə, həmkarlar ittifaqları mayın 9, 10 və 11-də tətili təkrarlaya bilərlər.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
Mənbələr
Şərh ()
Bağla