AZ

"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

Gələn il martın 2-də keçiriləcək Oskar mükafatları üçün yeni qaydalar tətbiq edilib.

Kulis.az xəbər verir ki, "Orijinal mahnı" kateqoriyasında filmin musiqisinə əhəmiyyətli töhfə vermiş üç bəstəkar fərdi Oskar heykəlcikləri almaq hüququ qazanacaq.

Ən yaxşı film sayılacaq filmlər 2023-cü ildə elan edilmiş tələblərə cavab verməlidir. Bu tələblərə ABŞ-də kinoteatrlarda filmlərin nümayişi qaydaları da daxildir. Filmlər müəyyən edilmiş müddət ərzində seçilmiş şəhərlərdə nümayiş etdirilməlidir.

Bundan əlavə, Oskarın ən yüksək mükafatına layiq olmaq üçün filmlər Akademiyaya Nümayəndəlik və İştirak Standartları (RAISE) formasını təqdim etməli və dörd standartdan ən azı ikisinə cavab verməlidir.

"Ən yaxşı beynəlxalq film" kateqoriyasına uyğun gələn cizgi filmləri də hər iki kateqoriyanın şərtlərinə cavab verərsə, ən yaxşı animasiya filmi sayıla bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla