AZ

Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək

Premyer Liqa təmsilçisi olan “Sumqayıt” Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada “Real” (Madrid) və “Barselona” komandaları arasındakı “el klasiko”nu canlı izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. “Barselona”nın məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun “Barselona”nın baş məşqçisi Xavi Hernandeslə də görüşü nəzərdə tutulub.

Bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Xerard Martines müşayiət edir.

Yeri gəlmişkən qeyd edək ki, “Sumqayıt” komandası “Qarabağ”a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının 32-ci turunun oyununa baş məşqçisiz çıxacaq. Belə ki, hazırda İspaniyada təcrübə keçən Samir Abasovun sözügedən qarşılaşmada texniki zonada yer almayacağı indidən bəllidir.

Qeyd edək ki, aprelin 28-də baş tutacaq “Sumqayıt” – “Qarabağ” matçına saat 20:00-da start veriləcək.

Seçilən
29
14
Mənbələr
Şərh ()
Bağla