- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Braziliya Xarici İşlər Nazirliyi Ukrayna tərəfinə döyüşməyə gedən 4 ölkə vətəndaşını ölmüş və ya itkin düşmüş hesab edir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosti-yə nazirliyin nümayəndəsi bildirib.
Ölkə hökuməti öz vətəndaşlarının siyahısını təqdim etməyib, lakin yerli medianın məlumatına görə, bütün könüllülər üç ay belə cəbhədə xidmət etməyiblər. Qeyd olunur ki, söhbət 44 yaşlı Andre Luis Ac Bai, 39 yaşlı Talita do Valle, 25 yaşlı Antonio Asitiani və Maks Panavudan gedir.
O da qeyd olunur ki, Braziliya hökuməti nə qədər braziliyalının Ukraynada döyüşmək üçün könüllü getdiyini dəqiq bilməsə də, qurbanların qohumları ilə onlara konsulluq yardımı göstərmək üçün əlaqə saxladığını vurğulayır.
Havar Şəfiyeva
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.