AZ

FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) beş ildir ki, rüşvət almaqda şübhəli bilinərək saxlanılan Rusiya Müdafiə Nazirliyinin rəis müavini Timur İvanovla bağlı materiallar toplayır.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə günü, aprelin 24-də Lenta.ru-ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, İvanova tikinti sənayesində rüsum almaqda şübhəli bilinir, xüsusən də epizodlardan biri Müdafiə Nazirliyinin milli idarəetmə mərkəzinin tikintisi zamanı rüşvət alınması ilə bağlıdır.

Rusiya İstintaq Komitəsi aprelin 23-ü axşam saatlarında Timur İvanovun rüşvət almaqda şübhəli bilinərək saxlanıldığını elan edib . İvanovu 15 ilə qədər həbs gözləyir. İstintaq həbsi ilə bağlı məhkəməyə çərşənbə günü, aprelin 24-də vəsatət vermək niyyətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla