AZ

Arvadını qətlə yetirib, lentə aldı - DETALLAR

25 iyul 2023-cü il tarixdə saat 4 radələrində Qubada qayınatasına məxsus evə gizli daxil olaraq, orada arvadı - 24 yaşlı Rəvanəni amansızlıqla qətlə yetirən 26 yaşlı Rəşadın telefonundan 1 saat 49 dəqiqəlik səs yazısı tapılıb.Bakıvaxtı.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyənləşdirilən səs yazısının həmin gecə lentə alındığı məlum olub. Səs yazısından Rəşadın hadisəni törətməsi barədə məlumat verməsinədək baş verənləri anbaan əks etdirməsi məlum olub. Telefonun “Səsyazan” proqramına daxil olduqda “ölüm” adlı 1 saat 48 dəqiqə 43 saniyəlik səs yazısının məzmunundan görünür ki, Rəşad Rəvanəni qətlə yetirmə anını qeydə alıb.Həmin səs yazılarında o, arvadının yatmış vəziyyətdə olduğunu, sağ çiyin üzərində yatdığını, yatmış vəziyyətdə öldürəcəyini, ürək nahiyəsindən zərbə endirəcəyini bildirir, bundan sonra isə bıçaqla zərbələr endirir. Bu zaman zərərçəkmiş şəxs yuxudan oyanaraq Rəşadın adını çəkir, daha sonra Rəvanənin səsi kəsilir və ağlayan uşaq səsi gəlir. Bundan sonra Rəşad qayınatasının evində qışqıraraq evdəki digər şəxsləri oyadır və arvadını qətlə yetirdiyini deyir.Araşdırmalar zamanı o da məlum olub ki, Rəşad və Rəvanə arasında münasibətlər hadisədən bir neçə ay əvvəl pozulub və qadın ərindən şikayət edib. Arvadını döydüyünə görə, Rəşad həbs edilib. O, həbsdə olarkən Rəvanə atası evinə gedib, həmçinin "TikTok" vasitəsilə tanış olduğu oğlanla sevgili münasibətinə başlayıb. Rəvanə Vüsal adlı həmin şəxslə birgə Türkiyəyə istirahətə də gedib. Həbsdən çıxan Rəşad həyat yoldaşına əvvəlcə barışmağı təklif etsə də, sonra onu qətlə yetirmək qərarına gəlib və qayınatasının evdə olmadığı vaxt gecə saat 4 radələrində gizli şəkildə mənzilə daxil olaraq arvadını amansızlıqla öldürüb.Rəşad Güliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 157-ci (xüsusi amansızlıqla və köməksiz halda olan adamı öldürmə, mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirli bilinib.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə o, 16 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9584
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7831
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1539
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1463
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1448
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1440
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
874
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
627
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
617
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
523
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
509
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
466
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
364
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda Gülər dayanmır, yenə fərqləndi -
300
Arda dubl etdi - VİDEO
284
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
266
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
223
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
216