AZ

Qadın küçədə telefona görə həmcinsini yerə yıxaraq döyüb – MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nailə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınıb.

İttihama görə, hadisə 17 mart 2024-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb.

Belə ki, Nailə Əsədova əvvəllər kirayədə yaşadığı ünvana gedib, həmin evin qapısının bağlı olduğunu görüb. O, evin sahibinə zəng etmək məqsədi ilə həmin ünvanda qonşu olan zərərçəkmiş Maya Quliyevaya (şərti) yaxınlaşıb, qadından telefon istəyib. Lakin zərərçəkmiş ona mobil telefonunu verməyib. Nailə də bundan əsəbiləşib əvvəl onunla mübahisə edib. Sonra o, Mayanın üzərinə hücum edib qəsdən qadının saçından tutaraq dartıb yerə yıxıb, əl və ayaqla onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr yetirib. Nəticədə təqsirləndirilən şəxs Mayanın sağlamlığına qəsdən yüngül zərər vurub.

Hadisədən sonra Nailə Əsədova cinayət məsuliyyətinə cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
328
50
konkret.az

10Mənbələr