AZ

Samir Abasov İspaniyaya təcrübəyə yollandı - Şəkillər

style='margin-bottom:10px;'>

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real" və "Barselona" komandaları arasındakı "El-Klassiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən mütəxəssis burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

Seçilən
26
14
Mənbələr
Şərh ()
Bağla