Ermənistan dəhliz məntiqi ilə kommunikasiyaların blokunu aça bilməz.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim "Mülki müqavilə" partiyasından olan deputat Sərkis Xandanyan deyib.
O əlavə edib ki, Ermənistan öz ərazisindən keçən yollarda təhlükəsizliyi təmin etməyə qadirdir.
Qeyd edək ki, 9/10 noyabr 2020-ci il bəyanatına əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçid təmin etməyi Ermənistan öz üzərinə götürüb, yolun təhlükəsizliyini isə Rusiya Sərhəd Xidməti təmin etməlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun