AZ

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Ermənistan dəhliz məntiqi ilə kommunikasiyaların blokunu aça bilməz.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Sərkis Xandanyan deyib.

O əlavə edib ki, Ermənistan öz ərazisindən keçən yollarda təhlükəsizliyi təmin etməyə qadirdir.

Qeyd edək ki, 9/10 noyabr 2020-ci il bəyanatına əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçid təmin etməyi Ermənistan öz üzərinə götürüb, yolun təhlükəsizliyini isə Rusiya Sərhəd Xidməti təmin etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq