AZ

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:

"Bağım var idi... Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, indi ikiotaqlı evdə yaşayırıq".

Q.Əlili aktyorlara ev verilməsi məsələsindən söz açıb:

"Jurnalistlərə evlər tikildi. Paxıl deyiləm. Heç olmasa biz incəsənət adamları üçün də evlər tikərdilər. Bir çox teatrlarımızda gənc, istedadlı lakin maddi vəziyyəti aşağı olan aktyorlar var. O evləri tikərdilər həmin gənclər də orada yaşayardılar. O aktyorların evlərə çox ehtiyacı var. Musiqiçilərimiz var ki, onlar çox böyük istedada malikdirlər. Amma məcburiyyətdən onlar biznes sahəsinə yönəliblər, sənət qalıb bir kənarda".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla