AZ

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb

Bakı, 23 aprel, AZƏRTAC

Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovun rəhbərliyi ilə dost ölkənin incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Aprelin 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov arasında görüş keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətini salamlayan nazir ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri münasibətilə təbriklərini çatdırıb, zəngin proqramı olan bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib. Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq.

Qırğız nazir Altınbek Maksutov səmimi qəbula və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq.

Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev müstəqillik tarixində ölkəsinin Azərbaycanda gerçəkləşən ilk mədəniyyət günlərini əlamətdar hadisə kimi səciyyələndirib.

Görüşdə iki ölkə arasında kitabxana və muzey işi üzrə əməkdaşlıq, eyni zamanda teatr sahəsində mübadilə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qırğız Mədəniyyəti Günləri aprelin 26-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23426
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12920
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9630
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5590
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5490
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4033
Helikopter qəzası ilə bağlı yeni xəbər
3913
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3671
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3605
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3403
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3318
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3018
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2727
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2603
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2502
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263