AZ

Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb – FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günləri keçirilir.

Bu münasibətlə Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovun rəhbərliyi ilə dost ölkənin incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə Azərbaycana səfərə gəlib.

Aprelin 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov arasında görüş keçirilib.

Nümayəndə heyətini salamlayan nazir ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri münasibətilə təbriklərini çatdırıb, zəngin proqramı olan bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib.

Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq.
Qırğız nazir Altınbek Maksutov səmimi qəbula və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq.

Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev müstəqillik tarixində ölkəsinin Azərbaycanda gerçəkləşən ilk mədəniyyət günlərini əlamətdar hadisə kimi səciyyələndirib.

Görüşdə iki ölkə arasında kitabxana və muzey işi üzrə əməkdaşlıq, eyni zamanda teatr sahəsində mübadilə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-img-20240423-wa0068 image-img-20240423-wa0066

Seçilən
38
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1292
Azərbaycanda bu məhsul bahalaşdı
1207
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1137
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
997
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
960
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
957
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
954
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
905
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
890
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
889
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
819
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
779
Helikopter qəzası ilə bağlı yeni xəbər
763
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
736
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
720
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
720
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
672
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
660