- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Hakimliyə namizədlər üçün test imtahanının vaxtı açıqlanıb.
Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Bildirilib ki, hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
Həmin namizədlərlə test imtahanı cari ilin may ayının 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir.
Namizədlər “imtahana buraxılış vərəqəsi”ni aprel ayının 26-dan etibarən dim.gov.azsaytı vasitəsilə əldə edə bilərlər.
Müsabiqə üçün sənədlərin qəbulu fasiləsiz davam edir.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.