AZ

"Fürsət düşsə, Rumıniyaya qayıdardım" - "Neftçi"nin futbolçusu

style='margin-bottom:10px;'>

"Neftçi"nin futbolçusu Yuri Matias sabiq klubu "ÇFR Kluj"un onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, braziliyalı müdafiəçi "Prosport"a açıqlamasında deyib ki, fürsət düşsə, Rumıniyaya qayıdar:

"Son xəbərləri oxuyuram, amma “ÇFR Kluj”a qayıtmağımla bağlı heç nə bilmirəm. Lakin futbolda hər şey mümkündür. Bilirəm ki, məni “ÇFR Kluj” və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, əlbəttə ki, ora qayıdardım. Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, "ÇFR Kluj" yenidən güclü olacaq. Superliqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orada çoxlu dostlarım var".

Qeyd edək ki, Yusi Matias "Neftçi"yə ötən yay məhz "ÇFR Kluj"dan keçib. Onun paytaxt klubu ilə müqaviləsi isə 2025-ci ilin iyun ayına qədərdir.

Seçilən
24
6
Mənbələr
Şərh ()
Bağla