AZ

Çində daşqın və torpaq sürüşməsi: 140 milyonluq zərər

Çində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ən azı 4 nəfər həyatını itirib. Təxliyə edilənlərin sayı 110 minə çatıb.

Bakupost.az xəbər verir ki, səlahiyyətlilər, 3-ü Zhaoqin şəhərində və 1-i Şaoguan şəhərində olmaqla ən azı 4 nəfərin daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirdiyini, Şaoguan və Qingyuan şəhərlərində itkin düşmüş kimi qeydə alınan 10 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

Şaoguan, Quançjou, Heyuan, Zhaoqing, Qingyuan, Meizhou və Huizhou şəhərlərində yaşayan təxminən 110 min insan sürüşmə və daşqın riski səbəbilə evlərindən təxliyə edilib, onlardan 25 min 800-ü sığınacaqlarda qalır.

Çinin cənub bölgələri ötən cümə axşamından etibarən mövsümi normadan artıq yağan güclü yağışların təsiri altında olub, daşqınlar və torpaq sürüşmələri bir çox binaları və kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Ən azı 6 nəfərin yaralandığı açıqlansa da, zərərçəkmiş ərazilərdə 140,6 milyon yuan (19,4 milyon ABŞ dolları) maddi ziyanın dəydiyi ictimaiyyətə açıqlanıb.



Elnur
BakuPost
Seçilən
114
38
Mənbələr
Şərh ()
Bağla