AZ

Çində daşqın və torpaq sürüşməsi baş verib

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib.

Çinin cənub bölgələrində həftəsonundan bəri təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Quandun əyaləti başda olmaqla bir çox bölgəyə zərər verən daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər xəsarət alıb.

Qeyd edək ki, itkin düşən kimi Şaoquan şəhərində 6, Qingyuan şəhərində isə 5 nəfərin axtarışları davam edir.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
38
Mənbələr
Şərh ()
Bağla