AZ

ÇİNDƏ YAĞIŞLA ƏLAQƏDAR "QIRMIZI" XƏBƏRDARLIQ EDİLİB

Çinin Quandun əyalətini vuran yağışlar nəticəsində 100 mindən çox insan təxliyə edilib və ən yüksək “qırmızı” xəbərdarlıq Şençjen şəhərində elan edilib.Tezadlar.az xəbər verir ki, bu barədə “AFP” yazır.Şəhərin meteoroloji rəsədxanasının məlumatına görə, Şençjen "çox yüksək" daşqın riski ilə üzləşir.Şençjen səlahiyyətliləri “qırmızı” həyəcan siqnalı verərkən, "Ehtiyat tədbirləri alın və daşqınlara meylli olan təhlükəli alçaq ərazilərdən uzaq durun" deyib.Fövqəladə Hallar Agentliyinin məlumatına görə, aprelin 22-nə olan məlumata görə, Quanqdonq əyalətində 110 minə yaxın insan təxliyyə edilib, 25 min 800 nəfər təcili olaraq təhlükəsiz yerlərə köçürülüb, - “Sinxua” agentliyi yazır.Quanqdonq əyalətinin şimalındakı Qingyuan şəhərindən Pearl çayı deltasında yerləşən şəhərin görüntüləri bəzi binaların su altında qaldığını göstərir.Çin dövlət mediasının məlumatına görə, indiyədək 4 nəfər ölüb, 10 nəfər itkin düşüb.E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
38
Mənbələr
Şərh ()
Bağla