AZ

Şahlar Göytürk: "Qohum dillərdən tərcümə daha məsuliyyətli və ağır işdir"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son vaxtlar tərcümə zamanı meydana çıxan çətinliklərin səbəbləri, tərcümə problemləri barədə çox danışılır. Bunu xüsusilə türk dilindən tərcümə olunmuş əsərlərə aid etmək olar. Təəssüf ki, dilimizə türk dilindən tərcümədə də müəyyən problemlər vardır.

Dilçi Şahlar Göytürk "Yeni Azərbaycan" a müsahibəsində bildirir ki, görünən və görünməyən məqamlara görə mətni orijinaldan tərcümə etmək daha çətindir: "Tərcüməçi özünü həmin müəllifin döğulduğu, yaşadığı yerin sakini kimi hiss etməlidir.

Tərcüməçilik sahəsində müəyyən boşluqların olduğu hər kəsə məlumdur. Dövlət Tərcümə Mərkəzində tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və peşə qabiliyyətlərinin  yoxlanılması məqsədilə müəyyən işlər görülsə də, bu problemin köklü şəkildə həllinə nail olmaq və prosesə nəzarət etmək çox çətindir. Etiraf etməliyik ki, bədii mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkar tərcüməçilər bu gün daha çoxdur. Onlar mətni bəzən tərcümə proqramlarının köməyi ilə dilimizə çevirib nəfis şəkildə çap etdirirlər.  Dil normalarının kobud şəkildə pozulması oxucuda tərcümə əsərlərinə inamı azaldır".

Qeyd edək ki, bizim dünya ədəbiyyatına çıxışımız əsasən rus dili vasitəsilə olub. Ona görə də bizdə ikinci dildən, yəni rus dilindən tərcümə ənənəsi hələ də qalmaqdıdır. O tərcüməçilərə peşəkar deyə bilərik ki, onlar müqayisəli və ikinci dildən tərcüməyə də diqqət yetirə bilirlər.  Uğurlu bədii tərcümə nümunələri bizim dilə qazandırılan mənəvi sərvətdir.

Ş. Göytürk qeyd edir ki, tərcüməçilərimiz haqlı olaraq bildirir ki, başqa dillərlə müqayisədə qohum dillərdən tərcümə daha ağır və məsuliyyətli işdir: "Qeyri-peşəkar tərcüməçilər özləri bilmədən, istəmədən belə ana dilimizə ziyan vururlar. Türk dilləri üzrə peşəkar tərcüməçilərə ehtiyac vardır. Türkoloqlar çoxdur, amma türk dillərinin alt qatlarını bilən mütəxəssislər çox azdır.

Təəssüf ki, öz şair və yazıçılarımız da əsərlərində ədəbi dilimizin normalarına yüksək səviyyədə əməl etmirlər. Mətndə söz və ifadələr bəzən uğursuz şəkildə işlədilir. Ümumiyyətlə, tərcüməçi, redaktor mətni hiss etməli, doğru olanı tapıb yerinə qoymalı, yazıçının səhvini təkrarlamamalıdır".

Ümumən tərcümə sahəsində nöqsanlar olsa da, uğurlu tərcümə əsərləri dilimizi yeni söz və ifadələrlə zənginləşdir, inkişaf etdirir. Bu haqda çox danışmaq, yüzlərlə maraqlı nümunə gətirmək olar.  Lakin bəzən tərcüməçi və redaktordan asılı olmayan nüanslar da olur. Hər halda tərcüməçi dilimizin lüğət tərkibini, ifadə və sözyaratma üsullarını daha yaxşı bilməlidir. Nəzərə almalıyıq ki, uğurlu tərcümə əsərləri məhz bu dilin zənginliyi, qüdrəti hesabına mümkün olmuşdur.

Mütəxəssisin sözlərinə görə, tərcümə zamanı problem o zaman yarana bilər ki, qarşıya çıxan hər hansı söz və ya termin bizim dilimizdə işlənməsin, o anlayış bizim dildə olmasın: "Tərcüməçi bu məqamları redaktorla müzakirə etməli və ya sözyaratma fəhmi tərcüməçinin köməyinə çatmalıdır.

Tərcümə problemlərindən biri də söz və terminlərin dilimizdə qarşılığının tapılması ilə bağlıdır. Axı anlayışı çox vaxt bir sözlə vermək olmur. "Merçandayzer" deyərkən göz önünə "rəflərdə şirkət məhsullarının düzgün düzülüşünü təmin etmə, malların istehsal tarixlərinə və s. nəzarət prosesi gəlir.  Bu zaman həmin anlayışa dilçi yox, peşəkar tərcüməçi daha uğurlu qarşılıq verə bilər.  Çünki peşəkar tərcüməçilər dili dilçilərdən də  yaxşı duyurlar".

Havar Şəfiyeva

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
485
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
409
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
347
Azərbaycanda bu məhsul bahalaşdı
338
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
317
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
297
Helikopter qəzası ilə bağlı yeni xəbər
286
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
281
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
273
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
271
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
258
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
246
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
244
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
216
Həlak olan şəxslər sabah dəfn olunacaq
210
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
206
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
187
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
174
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
165
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
143