AZ

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Narkomanlığa

Bu ilin üç ayında narkomanlıq və narkotik vasitələrin əməliyyat-axtarış tədbirləri ilə əlaqədar 2909 cinayət faktı aşkarlanıb

Bakı, 23 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2909 cinayət faktı aşkarlanıb. Onlardan 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,12-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 787 kiloqram 303,666 qram narkotik vasitə və psixotrop maddələrin 271 kiloqram 179,209 qramını heroin,1 ton 351 kiloqram 80,549 qramını marixuana, 53 kiloqram 146,627 qramını tiryək, 23 kiloqram 560,45 qramını həşiş, 80 kiloqram 107,451 qramını psixotrop maddələr, 8 kiloqram 229,38 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövrdə 690 metadon həbi, 135 çətənə kolu və 186,3 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.

Bu ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kiloqram 303,666 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36,000 min AZN kimi qiymətləndirilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1615 nəfər cəlb edilib, onlardan 1564-ü kişi, 51-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 22 nəfər xarici ölkə vətəndaşından 99 kiloqram 487,934 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq mühafizə orqanları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 539 kiloqram 313,997 qram narkotik vasitə və psixotrop maddə, 690 ədəd metadon həbi çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 61-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 499 kiloqram 605 qram narkotik vasitə və psixotrop maddə və 4,6 qram güclü təsir edən maddə müsadirə edilib. 476 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər törədil və onlardan 355 kiloqram 087,2 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanlarının aşkarladığı faktların sayı 264, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 227, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı isə 11, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 21, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 18, qrup halında olan cinayətlərin sayı 3 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 273 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 224 kiloqram 091,286 qram azalıb.

Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 20 min 286 nəfər istiqamətləndirib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 604 nəfərdən 418-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Bu ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 126 vətəndaş müraciəti daxil olub. Onların 41-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 44-ü narkotik asılılıqdan müalicə, 41-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 85 məktub ünvanlanıb. 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8014
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5231
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5020
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4773
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4541
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3751
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3073
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2762
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2761
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2700
Sabah 20 dərəcə isti olacaq
2641
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2278
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2238
Röyanın biabırçı videosu yayıldı
2148
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2091
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2052
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1826
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1705
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607