AZ

"Çox sevirəm, onunla nəfəs alıram”

"Qardaşımı çox sevirəm, onunla nəfəs alıram".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğəni Aysun İsmayılova "Günaylı gün" verilişində deyib.

Qardaşı Məhəmməddən danışan ifaçı ona olan sevgisini gizlətməyib:

"Əvvəllər deyirdilər ki, bacılar qardaşa bağlı olur. Amma heç vaxt düşünmürdüm. Təzə doğulanda deyirdim ki, "yox, mən onu istəyə bilmərəm". İndi isə onunla yaşayıram. Nəsə alanda da deyirəm bunu ona verəcəm. Qardaşımın 3 yaşı var. Balaca bacımın da 5 yaşı oldu. Yağmur da ki, məni keçib".

Qeyd edək ki, Aysun İsmayılova atasını illərdir ki, görmür. O bu barədə verilişlərin birində danışıb. İfaçının sözlərinə görə, atası onları illər öncə tərk edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla