- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Real”ın hücumçusu Rodriqo komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard bu komandanı çox sevdiyini bildirib:
“Mən bu komandanı çox sevirəm. Ümid edirəm ki, burada əbədi qalacam.
Baş məşqçi Karlo Ançelotti? O, mənim üçün ata kimidir”.
23 yaşlı braziliyalı futbolçu 2018-ci ilin yayından “kral klubu”nun şərəfini qoruyur. Onun “Real”la hazırkı müqaviləsi 2028-ci ilin iyununun sonunda başa çatacaq.
Rodriqo İspaniya çempionatının bu mövsümündə 31 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.