AZ

“Gürcüstan Aİ-yə qəbul olunarsa, qanuna yenidən baxılacaq”


“Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir vaxt gələrsə, respublika hakimiyyəti “Xarici agentlər haqqında” qanuna yenidən baxa biləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili deyib.
“Əgər bizə desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman qanunu ləğv etmək, ona yenidən baxmaq və ya yenisini qəbul etmək çox asan olacaq”, – Qaribaşvili jurnalistlərə deyib.
Siyasətçinin sözlərinə görə, Gürcüstan 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu alanda Avropa İttifaqı ilə münasibətlərdə pik həddə çatıb. Bundan sonra Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar başlayır, lakin respublikanın üzvlüklə bağlı icma ölkələri arasında hələlik konsensus yoxdur.
Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti plenar iclasda “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Gürcüstan Prezidenti Salome Zurabişvili, müxalifət və Qərb diplomatları onun əleyhinə çıxış edərək, onu respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə kimi görürdülər. Həftənin əvvəlindən Tbilisidə müxalifət və vətəndaş fəalları bu sənədə qarşı mitinqlər keçirib. 
 
Seçilən
143
15
Mənbələr
Şərh ()
Bağla