AZ

Nazirlə bağlı bu görüntülər hər kəsi şoka saldı – VİDEO

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirovun jurnalistə qarşı kobudluq etməsinin əks olunduğu video yayılıb. Görüntülər müzakirələrə səbəb olub.

Jurnalist səhiyyə naziri Teymur Kərimova yaxınlaşıb, ona sual vermək istəyir. Bu an P.Abdukərimov jurnalisti itələyərək, nazirdən uzaqlaşdırır. Nazirə yaxınlaşmaq istəyən jurnalist növbəti dəfə mətbuat xidməti rəhbərinin kobudluğu ilə üzləşir.

Onun bu davranışı daha çox jurnalistlər tərəfindən qınanılıb. P.Abdukərimovun bu hərəkəti qanun pozuntusu və jurnalistin peşə fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilib.

Globalinfo.az-a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid görüntüləri izlədiyini bildirib. O, sual verən jurnalistin kimliyindən məlumatsız olduğunu deyib: “Açığı, həmin adamı tanımıram, amma hər halda yanaşması kobud və qeyri-etik təsir bağışladı. Nazirə sualı varsa, nazirliyə sorğu göndərə bilərdi. Harada gəldi, necə istəyirsən sual vermək də düzgün deyil. Lakin şübhəsiz ki, dövlət qurumları da həm vətəndaşın, həm də jurnalistlərin suallarını cavablandırmalıdır. Fikrimcə, nazir münasib yerdə deyildi. Pərviz Abubəkirova gəldikdə isə o, neçə illərdir jurnalistlərlə çalışır, özü də jurnalistdir. Ona görə də gərək, məsələyə təmkinlə yanaşardı”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu deyib ki, videonun müəyyən bir vaxtdan sonra üzə çıxmasına səbəb hansısa məqsəd və ya qərəz ola bilər:

“Əgər belə bir anlaşılmazlıq olmuşdusa, dərhal ictimaiyyələşdirilməli və məsələ qaldırılmalı idi. Daha əvvəl də jurnalistlərlə insidentlər olub. Lakin anında ictimailəşdirildiyi üçün vaxtında reaksiya verilib. Üzərindən uzun müddət keçdikdən sonra bunun gündəmə gətirilməsi nə dərəcə doğrudur, bilmirəm. İstər-istəməz bununla bağlı artıq suallar yaranır.

Mətbuat xidmətinin rəhbərinin vəzifəsi media ilə təmsil etdiyi qurum arasındakı körpü funksiyasını yerinə yetirməkdir. Yəni mətbuat xidməti birmənalı şəkildə medianın suallarının cavablandırılmasına, qurumun mediada aktiv şəkildə təmsil olunmasına çalışmalıdır. Bu, onun vəzifə funksiyalarıdır”.

V.Zifəroğlunun sözlərinə görə, mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri öz çalışdığı qurumu mediada təmsil etməlidir: “Səni media auditoriyaya tanıdır. Açığı, yayılan kadr heç də xoş mənzərə deyil. Əslində, burada başqa formada da davranış nümayiş etdirmək olardı. Məsələn, jurnalistlə ayrı görüşüb, söhbət etmək mümkün idi, sualların rəsmi şəkildə cavablandırılması üçün ondan sualları yazılı şəkildə istəyə bilərdi ki, “siz sualı bizə yazılı formada göndərin, biz sizə geniş məlumat verək” və s. Dialoq qurmaq daha doğru olardı”.

Vüqar Zifəroğlu jurnalistin küçədə anidən sual verməsini anlaya bilmədiyini deyib:

“Bu, o demək deyil ki, hansısa məmur küçə ilə harasa gedən zaman əlinə mikrofon alıb, mütləq sual verməlisən. Sualların cavablandırılması öncədən razılaşdırılmış qaydada olur. Bu məsələdə hər iki tərəfdə də bir-biri ilə münasibətdə müəyyən anlaşılmazlıqları görmək mümkündür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7169
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5048
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4749
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4532
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4320
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3612
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2902
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2640
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2566
Sabah 20 dərəcə isti olacaq
2516
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2447
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2149
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2145
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2042
Röyanın biabırçı videosu yayıldı
1979
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1973
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1670
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1559
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1548
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1523