AZ

Özü məktəb olan sənətkar

Dünən axşam Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının Dekorativ tətbiqi sənət bölməsinin rəhbəri, xalq rəssamı Aydın Rəcəbovun 80 illiyinə həsr edilmiş “Bir ömrün naxışları” adlı sərginin açılış mərasimi keçirilmişdir.

Təntənəli mərasimə qatılan Azərbaycanın ünlü mədəniyyət və incəsənət xadimləri görkəmli sənətkarın şərəfli sənət yolu, özünəməxsus zəngin yaradıcılığı haqqında dərin məzmunlu çıxışlar edib yubilyarı sərginin açılışı münasibətilə təbrik edib, ona uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzuladılar. Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalçaçılıq Muzeyinin birgə təşkilatçılığı ilə düzənlənən sərgidə Azərbaycan xalq rəssamı Aydın Rəcəbovun 40-dək əsəri nümayiş etdirilir. “Azərbaycan”,”Naxçıvan”,”Şirvan”,”Oğuz onqonları”,”Oğuz damğaları”,” Qızıl balığın nağılı”,”Dür at”,” Qurbanlıq qoç”,” Simurq quşu”,” Novruz fəlsəfəsi”,” Ağaclı”,” Neft səltənəti” və s.
“Əncir ağacı”,”Faytonçu” adlı xovlu və xovsuz xalçalar Aydın Rəcəbov yaradıcılığının ən parlaq inciləri hesab edilir. Sənətsevərlərin bu və digər əsərlərlə təması onları çox məmnun etmişdi. “Bir ömrün naxışları” adlı sərgiyə, xalq rəssamı Aydın Rəcəbovun həyat və yaradıcılıq fəaliyyəti ilə bağlı fikirlərini mətbuata açıqlayan Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri Lalə Sərdarlı bildirib ki, Aydın Rəcəbov Azərbaycanın görkəmli alimi, xalçaçı rəssam, dünyanın sayıb seçilən xalça tədqiqatçılarından sayılan Lətif Kərimovun ən layiqli davamçılarındandır. İndi burda sərgilənən əsərlərin adları isə Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılmışdır.
Aydın müəllimin əsərlərində çox qədim, həm də nəhəng Türk coğrafiyasında zaman zaman oturuşmuş zəngin mədəni irsin qiymətli elementləri xüsusi həssaslıqla tərənnüm edilir. Onun yaradıcılığında bu böyük xəzinəyə yanaşma tərzi hər zaman diqqətimizi çəkməkdədir. Hər əsəri bir kitabə, dastan əvəzidir. Hər tanışlıqda burda yenidən kəşf edəcəklərin, öyrənə biləcəkləriniz var. Bu əsərlər yalnız Azərbaycanımızın deyil, böyük Türk dünyasının, bəşəriyyətin, insanlığın sərvətidir. Bu sərvəti yetərincə işığa çıxarmaq, ondan bəhrələnmək çox təqdirəlayiqdir. O üzdən mən təşkilatımız adından, həm də bir dekorativ tətbiqi sənət ustası olaraq bu möhtəşəm sərgini ərsəyə gətirdiklərinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Aydın müəllim tək yüksək sənətkarlığı ilə deyil, gərəkli ustad, mahir təşkilatçı, əsil vətənpərvər, vətəndaş cəmiyyəti fəalı, ruh adamı, böyük insan olmağıyla qiymətlidir bizim üçün. Öz səylərimizlə yaratdığımız “Sərdar” sandıq ocagımızı ölkəmizin müvafiq qurumları sırasından ilk ziyarət edib, işlərimizə ürəkdolusu xeyir dua verənlərdən olub Aydın müəllim. Bir QHT rəhbəri olaraq xüsusi vurğulamaq istəyirəm ki, bu günə qədər həyata keçirdiyimiz layihələrin yaranmasında Aydın müəllimin tövsiyələrinin, məsləhətlərinin böyük önəmi olub. Bu Azərbaycanda dekorativ tətbiqi sənətin inkişafına, unudulmaqda olan xalq sənəti növlərinin yenidən günümüzə qayıdışının təmin olunmasına töhvədir. Bu gözəl gündə fürsətdən istifadə edib onu hər zaman məhsuldar fəaliyyətinə görə, yaradıcılığımıza göstərdiyi diqqət və sayğıya görə minnətdarlığımızı bildirir, bu möhtəşəm sərgi münasibətilə onu ürəkdən təbrik edir, ona uzun omür,can sağlığı,yeni yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, özü böyük bir məktəb olan görkəmli sənətkarımızdan qarşıda öyrənəcəklərimiz çox şey olacaq.

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8123
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5250
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5064
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4818
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4579
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3086
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2797
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2764
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2721
Sabah 20 dərəcə isti olacaq
2667
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2287
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2249
Röyanın biabırçı videosu yayıldı
2189
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1837
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1709
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611