AZ

Bu, Türkiyə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir

Türkiyənin 2024-cü il üçün xidmətlər ixracı hədəfi 110 milyard dollar müəyyən edilib.

 

Sfera.az xəbər verir ki, xidmətlər ixracının dünya ticarətindəki artan roluna diqqət çəkən Türkiyənin ticarət naziri Ömər Bolat hökumətin bu sahəyə xüsusi diqqət yetirdiyini bildirib.

 

“Xidmətlər sektoru Türkiyə iqtisadiyyatı üçün də həyati əhəmiyyət kəsb edir. Bu sahə hər il daha da inkişaf edir və ölkəmizin xarici ticarətinə öz müsbət təsirini göstərir”, - nazir vurğulayıb.

 

Qeyd edək ki, 2023-cü ilin yekunlarına dair rəsmi statistikaya əsasən, Türkiyə ötən il ümumilikdə 89 milyard dollar həcmində xidmət ixrac edib. Axar.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
Mənbələr
Şərh ()
Bağla