AZ

Aşağı Əskipara kənd sakini: Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Niyyət etmişəm ki, kəndimizə piyada gedəcəyəm, çatan kimi torpağından öpəcəyəm.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında ötən gün Ermənistanla əldə edilən razılaşma əsasında Azərbaycana qaytarılması nəzərdə tutulan Qazax rayonunun Aşağı Əskipara kənd sakini Front Həsənov deyib.

Onun sözlərinə görə, Qazaxın 4 kəndinin qaytarılması xəbərini eşidəndə bir neçə dəqiqə həyəcandan səsi tutulub:

"Müharibə zamanı məcburi kəndimizi tərk etdik. Sonralar biz Qazax şəhərində yaşadıq. Rayonda dövlətimiz tərəfindən məcburi köçkünlər üçün salınan qəsəbədə bizə ev verdilər. İllərdir kəndimizə qayıtmaq arzusu ilə burada yaşayırdıq".

O, Vətən müharibəsindən sonra işğaldan azad olunan torpaqları görəndə öz kəndinin də bir gün mütləq geri qaytarılacağına əmin olub.

"Hər gün xəbərlərə baxıb, Qazaxın işğalda olan kəndlərinin qaytarılacağı xəbərini gözləyirdim. Şükürlər olsun ki, bu gün həmin xəbərin sevincini yaşayıram", - sakin söyləyib.

F.Həsənov əmin olub ki, Prezident İlham Əliyev Qazaxın kəndlərini geri qaytaracaq: "Mən və ailə üzvlərim, kəndçilərim, hamımız ondan çox razıyıq".

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.


BiG.Az
Seçilən
37
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
475
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
403
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
328
Azərbaycanda bu məhsul bahalaşdı
313
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
291
Helikopter qəzası ilə bağlı yeni xəbər
278
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
276
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
272
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
267
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
264
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
243
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
238
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
223
Həlak olan şəxslər sabah dəfn olunacaq
201
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
201
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
194
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
181
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
169
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
161
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
140