AZ

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb.

Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş.

Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdən sakinlər təxliyə olunublar.

Yanğının söndürülməsi işləri davam edir.

Mənbə: NTV.com.tr

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
2
Mənbələr
Şərh ()
Bağla