AZ

Mask Hindistan baş naziri ilə görüşə getmədi

Amerikalı ixtiraçı və milyarder, “Tesla”nın baş direktoru İlon Mask bazar ertəsi Hindistana planlaşdırılan səfərini təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, o, bazar ertəsi baş nazir Narendra Modi ilə görüşməli və Cənubi Asiya bazarına çıxmaq planlarını açıqlamalı idi.

Maskın səfərinin niyə təxirə sallndığı barədə “Tesla” və Modinin ofisi şərh verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla