AZ

Tanınmış aktyor 48 yaşında dünyasını dəyişib

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə sənət ocağının sosial şəbəkə hesabında məlumat paylaşılıb:

“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!”, - deyə paylaşımda yazılıb.

Y.Omelçenkonun 48 yaşında vəfat edir. Aktyorun ölüm səbəbi haqda informasiya verilməyib. 

Rəşad Əliyev, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla