- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Matçın heç-heçə başa çatacağını düşünürəm.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Premyer Liqanın XXXI turunda bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis bu görüşün hər iki tərəf üçün vacib olduğunu bildirib: "Qarşılaşma barədə nəsə demək çox çətindir. "Zirə" son vaxtlar qələbələr, xallar qazanmaqla durumunu yaxşılaşdırıb. Komandanın yüksəlişdə olduğunu düşünmək olar. "Neftçi"də isə qeyri-stabillik sual doğurur. "Zirə" nəticə baxımından ehtiyatlı oyuna üstünlük verə bilər. Onların qapanması "Neftçi"yə çətinlik yaradacaq".
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionundakı oyun saat 19:00-da start götürəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.