AZ

Gəncədə "BookZone" kitab evinin açılışı olub

Gəncədə Azərbaycanda kitabxanaçılığa, savadlanmaya, maariflənməyə yeni nəfəs gətirən “BookZone" Kitab Evinin açılışı olub.

"Report"un Qərb bürosunun məlumatına görə, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, “Parlaq imzalar” nəşriyyatının rəhbəri, ANAİB-in sədr müavini Nurman Tariq və digər rəsmilər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra simvolik olaraq, ədəbiyyatımızın görkəmli nümayəndələri dahi şair Nizami Gəncəvi və Məhsəti Gəncəvi mərasim iştirakçılarını salamlayıb, öz xeyir-dualarını veriblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “BookZone" Kitab Evinin Gəncədə kitaba və kitabçılığa olan marağın artırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. O, qeyd edib ki, gənclərin maarifləndirilməsi baxımından bucür məkanların faydası olduqca böyükdür.

“BookZone” Gəncə Kitab Evinin icraçı direktoru, Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan zabit, yazıçı Mahir Hüseynov bildirib ki, əsas hədəfləri Gəncə şəhərinə yeni nəfəs gətirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında kitaba olan marağı artırmaq, Vətənini sevən, ziyalı fərdlərin yetişdirilməsinə töhfə verməkdir. O, göstərilən dəstəyə görə şəhər rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.

Açılış mərasimində çıxış edən natiqlər bildirblər ki, Gəncə tarixən elm və mədəniyyət mərkəzi olub. Nizami yurdunda bucür məkanların açılması olduqca sevindirici və təqdirəlayiq haldır.

Qonaqlar “BookZone” Gəncə Kitab Evinin fəaliyyətinə uğurlar arzulayıblar.

Rəsmi hissədən sonra rəsmilər Kitab Evi ilə tanış olublar. Filialın fəaliyyəti və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verilib, kitablar hədiyyə edilib.

Qeyd edək ki, burada klassik, dedektiv, psixologiya, fəlsəfə janrında, şəxsi inkişafa və biznesə aid minlərlə kitab yer alır. “BookZone” Gəncə Kitab evində kafe də faəliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17281
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12436
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9939
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4088
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3669
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3157
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2977
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2569
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2197
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
871
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777