AZ

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - Video

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.

“OXU24.COM ” xəbər verir ki, biennale noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçirilir.  

Azərbaycan pavilyonu Venesiyada 16-cı əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunaraq biennalenin şüarını özündə əks etdirir.

Pavilyonun açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ötən müddətdə Azərbaycan rəssamlarına Fond tərəfindən göstərilən dəstək layihələrini xatırladıb. Bildirib ki, Heydər Əliyev Fondu həmçinin Venesiya Biennalesində Azərbaycanın pavilyonlarının ərsəyə gəlməsində iştirak edir.

Anar Ələkbərov pavilyonumuzun yaradılmasında iştirak edənlərə, o cümlədən layihənin kuratoru - müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisə (Luca Beatrice), Azərbaycanın Mədəniyyət Nazirliyinə, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyinə təşəkkürünü bildirib.  

Venesiya sərgisində Azərbaycan pavilyonunun kuratoru Luka Beatris isə Azərbaycanın müasir memarlığının tarixlə dialoqda olduğunu, incəsənətimizin isə gələcəyə yönələn münasibətin ən sadiq güzgüsü olduğunu bildirib. Luka Beatris tədbir iştirakçılarını qədim ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün Bakıya səfər etməyə çağırıb.

Sonra qonaqlar Azərbaycan pavilyonu ilə tanış olublar.

Pavilyonumuzu ziyarət edənlər arasında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Venesiya Biennalesində təmsil olunan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi də olub.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi və digər ölkələrdən olan həmkarları ilə görüşüb. Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıqların inkişafı, birgə mədəni layihələrlə bağlı fikir mübadilələri aparılıb.

Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. 60-cı Venesiya Biennalesindəki Azərbaycan pavilyonunda əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq edilir, həmin mövzunun Azərbaycan üçün aktuallığı diqqətə çatdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12463
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9943
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4114
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3692
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3173
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2573
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2206
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1555
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
979
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
872
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777