AZ

"Söz-söhbətlər bizə pis təsir edirsə, gələcəyimiz üçün çətin olacaq"

Misli premyer-liqasının 31-ci turunda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib - 1:4.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

- Üzücü məğlubiyyət oldu. Oyuna yaxşı başladıq. İlk 10 dəqiqə üstünlüyümüzlə keçdi. Təəssüf ki, sonra 2 ardıcıl qol buraxdıq. Bəzi çatışmazlıqlarımız var idi. Oyunçularımız zədəli, cəzalı olduğuna görə bəzi dəyişiklikllər edirik. İlk hissədə rəqibdə hər şey alınırdı. İkinci yarıda oyunu çevirə bilərdik. Otto Conun qaçırdığı epizodlar matçın qırılma nöqtəsi oldu. Hələ mübarizə davam edir. Həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq lazımdı. Son həftələrdə hər kəs avrokuboklar haqda fikirləşirdi. Futbolçular uduzmaqdan qorxurdu. Bu məğlubiyyətin faydası da olacaq. Düz yoldayıq. Hər komanda məğlub ola bilər. Günahkar axtarmıram. İrəli baxacağıq. Həvəsdən düşsək, gələcəyimiz üçün böyük problem yarada bilər. Ümumən futbolçularım əllərindən gələni etdilər.

- Əvəzetmədən meydana girən futbolçuları start heyətində meydana buraxmamağınızın səbəbi nə idi?
- Bu gün komandada dayaq yarımmmüdafiəçisi yox idi. "Qəbələ" ilə matçda Ayxanı zədədən sonra risk edib oynatdıq. Bu gün tam hazır deyildi. "Sumqayıt" mərkəzdə ən aktiv komandadı. Bu gün məcburiyyətdən Emmanuel Hakmanı mərkəzdə oynatdıq. Fəridlə Ayxanı meydana buraxmaqla hücumu gücləndirməyə çalışdım. İkinci hissə bizim üstünlüyümüzlə keçdi.

- Matçdan əvvəl sosial şəbəkələrdə, mediada ajiotaj var idi. Bunun oyuna təsiri oldu?
- Belə ajiotajlar olacaq. Çempionatın sonudu. Psixoloji cəhətdən hazır olmalıyıq. Söz-söhbətlər bizə pis təsir edirsə, gələcəyimiz üçün çətin olacaq.

- "Turan Tovuz"un oyunlarından əvvəl azarkeşlər elə ab-hava yaradı ki, sanki komandaya qarşı hakim haqsızlığı olacaq. Bu amillər futbolçulara təsir edir?
- Real danışaq. 1-2-ci dövrədə bizə qarşı çox səhvlər yaşanmışdı. Son matçlardakı səhvlər söz-söhbətə səbəb olur. Hansısa komandanın adını çəkmək mənə yaraşmaz.

- Komandanı toparlamaq çətin olmayacaq?
- İlk dəfə deyil ki, belə hadisələr olur. Məğlubiyyət olanda da komandanı hazır etməliyik. Gələn mövsümə daha hazır olmalıyıq. Futbolçularım dərk edib qarşıdakı matçlara hazır olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17356
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12478
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9955
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4118
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3703
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3177
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2577
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2210
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2100
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1563
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
873
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777