AZ

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO

İqtisadiyyat Nazirliyində insan kapitalının inkişafı məqsədilə təşkil edilən üçüncü "Uğur yolu" müsabiqəsinin final mərhələsi keçirilib. İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında təşkil edilən növbəti "Uğur yolu" müsabiqəsinin final mərhələsi keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının finalçılarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müsabiqənin yüksək intellektual potensiala malik kadrların müəyyənləşdirilməsinə və karyera irəliləyişinə əhəmiyyətli töhfə verdiyini vurğulayaraq, indiyədək keçirilmiş iki müsabiqənin bu platforma üzrə qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlu təcrübə olduğunu qeyd edib. Tədbirdə müsabiqə qaliblərinin fərdi inkişaf proqramları, müxtəlif treninqlər, mentorluq proqramlarına cəlb edildiyi və bütövlükdə layihənin əməkdaşların bilik və bacarıqlarını, peşəkar vərdişlərini artırdığı diqqətə çatdırılıb. “Uğur yolu” iştirakçıları, eləcə də Nazirliyin digər əməkdaşları ABŞ-ın “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsindən faydalanmağa dəvət ediliblər. Final mərhələsində iştirakçılar İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsində süni intellektin tətbiqi, iş prosesinin optimallaşdırılmasına dair layihələrini nümayiş etdirib, müxtəlif tapşırıqları həll edib, daha sonra verilən mövzular üzrə komandalar şəklində təqdimatla çıxış ediblər. Onların strateji düşünmək, liderlik, effektivliyin idarə edilməsi bacarıqları, komandada işləmək, nəticəyönümlü, kommunikasiya, dəyişikliklərin və innovasiyaların idarə edilməsi səriştələri ekspertlər tərəfindən qiymətləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17259
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12420
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9935
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4078
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3665
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3157
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2966
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2561
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2185
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2095
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1539
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1088
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
953
Mayın ilk gününün havası açıqlanıb
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
773