AZ

Bu, Prezident İlham Əliyev diplomatiyasının Zəfəridir -Naqif Həmzəyev

Tarixi günlər yaşayırıq. Gözlədiyimiz xoş Zəfər xəbərlər ard-arda gəlir. Qazaxın 4 kəndinin bir güllə atmadan qaytarılması Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin Qələbəsidir. Azərbaycan diplomatiyasının Qələbəsidir. Bir güllə atmadan, işğal altında olan, amma anklav olmayan 4 kəndimizin geri qaytarılması ilə bağlı delimitasiya və demarkasiya komissiyalarının əldə etdiyi razılıq xəbərini böyük sevinclə qarşıladlıq. Bu, həqiqətən də Qələbədir. O deməkdir ki, mərhələli şəkildə bizim digər 4 kəndimiz də geri qaytarılacaq. Sərhədlərin koordinatlarının dəqiqləşməsi ilə yanaşı, Zəngəzur dəhlizinin və digər kommunikasiyaların da işə düşməsi məhz bu danışıqlar nəticəsində mümkün olacaq. Bu, Azərbaycanın son dövrlərdə artan gücünün və Prezident, Ali Baş Komandan İlham Əliyevin çox səbir və təmkinlə həyata keçirdiyi siyasət nəticəsində mümkün oldu.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi.

Deputat qeyd etdi ki, bəzi qüvvələr Azərbaycana təzyiq etmək, ölkəmizi yolundan döndərmək istəyirdilər, dövlətimizi təsir altına salmaq istəyirdilər. Ermənistanı qızışdıraraq, cəsarətləndirərək bu prosesin baş tutmasını istəməyən tərəflər var idi. Azərbaycan isə bütün təzyiqlərə baxmayaraq müstəqil siyasəti, gücü, diplomatiyası ilə qarşısına qoyduğu məqsədlərə nail olur. Rus sülhməramlılarının vaxtından öncə bizim torpaqlarımızı tərk etməsindən sonra şərti sərhədlərdə dəqiqləşdirmə ilə əlaqədar komissiyanın razılığa gəlməsi və may ayının 15-dək bu prosesin ilkin mərhələsinin yekunlaşması çox böyük bir uğurdur. Mən Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümü bildirirəm və Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, bu Zəfər müjdəli xəbərləri biz tez-tez eşidəcəyik.

Naqif Həmzəyev vurğuladı ki, regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasında əsas təşəbbüskar olan Prezident İlham Əliyev Cənubi Qafqazda stabilliyi və əmin-amanlığı tam təmin edəcək. Bütün regionumuz Azərbaycan kimi stabillik adasına çevriləckdir və qlobal məkanda baş verən münaqişələr fonunda ölkəmiz və Cənubi Qafqaz inkişaf edəcək.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14401
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11347
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9239
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3081
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2625
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2374
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2361
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1851
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1658
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1208
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
834
Azərbaycan nefti ucuzlaşdı
794
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
711
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
695
Arda Gülər dayanmır, yenə fərqləndi -
611