AZ

İtaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. Trend:

19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri KlaudioTaffurini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması iləəlaqədar qəbul edib.

XİN-dən Trend-ə verilənxəbərə görə, görüşdə Azərbaycan və İtaliya arasında mövcudçoxölçülü strateji tərəfdaşlıq münasibətlərindən irəli gələnməsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizdə fəaliyyəti dövründə Azərbaycanvə İtaliya arasında münasibətlərin inkişafı istiqamətindəgöstərdiyi səylərə görə səfir Klaudio Taffuriyə təşəkkür edib, onagələcək fəaliyyətində davamlı uğurlar arzu edib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi,ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar,mədəni, humanitar və s. istiqamətlər üzrə çoxölçülü stratejitərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğu, mövcud StratejiDialoq mexanizminin əlaqələrə mühüm töhfə verdiyi diqqətəçatdırılıb. Bu istiqamətdə, həyata keçirilən qarşılıqlı səfər vətəmasların, habelə siyasi məsləhətləşmələrin davam etdirilməsininəhəmiyyəti qeyd olunub.

Qarşı tərəf cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlıməlumatlandırılıb. COP29-un iqlim dəyişikliyi ilə mübarizəsahəsində bir sıra tərəfdaşlar, o cümlədən İtaliya ilə əməkdaşlığaəlavə töhfə verəcəyi bildirilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar,işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuqişləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhsedən nazir Ceyhun Bayramov, İtaliya tərəfinə hazırkı həssas zamandasərgilədiyi ədalətli mövqeyə görə təşəkkür edib. İtaliyanınmövqeyindən regional sülh və təhlükəsizlik quruculuğu tədbirlərinətəhdid törədərək birtərəfli və qərəzli yanaşma nümayiş etdirən birsıra aktorlar tərəfindən nümunə götürülməsinin vacibliyi qeydolunub.

Səfir Klaudio Taffuri Azərbaycanda diplomatik fəaliyyətidövründə göstərilən dəstək və əməkdaşlığa görə öz minnətdarlığınıbildirib, bundan sonra da Azərbaycan və İtaliya arasındatərəfdaşlığın daha da güclənməsinə dair inam ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22871
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13150
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8706
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6645
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5130
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4503
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4060
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3375
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332