AZ

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib - FOTO

Aprelin 19-da Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ETRA) birgə əməkdaşlığı ilə Bakıda kommunikasiyanın təşkilinə dair beynəlxalq seminar keçirilib. SİA xəbər verir ki, tədbir vacib tənzimləyici qərarlar ətrafında kommunikasiya bacarıqlarının mənimsənilməsinə həsr olunub.

Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Samir Axundov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini, bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-un Azərbaycanda keçiriləcəyini vurğulayıb. Ölkəmizin müxtəlif sahələrdə yüksək səviyyəli görüşlər və konfranslar üçün unikal platformaya çevrildiyini deyən Samir Axundov bugünkü tədbirin də qarşılıqlı müzakirə və təcrübə mübadiləsi baxımından iştirakçılar üçün faydalı olacağına inamını ifadə edib.

Beynəlxalq seminarda Azərbaycan, Gürcüstan, Türkiyə, Latviya, Şimali Makedoniya, Yunanıstan, Kanada, Nigeriya, Albaniya, Polşa, Qazaxıstan, Oman, Moldova və Rumıniyadan olan milli enerji tənzimləmə qurumlarının kommunikasiya mütəxəssisləri, eləcə də strateji kommunikasiya xidmətləri göstərən və bu sahədə tədqiqatlar aparan aparıcı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə təqdimatlar üzrə çıxışlar və müzakirələrdən sonra sual-cavab sessiyaları baş tutub.

15 ölkədən 30-dək kommunikasiya mütəxəssisini bir araya gətirmiş seminarın keçirilməsində məqsəd effektiv kommunikasiyanın prinsip və metodlarını müzakirə etmək, sosial rifaha təsir edən vacib tənzimləyici qərarların ictimaiyyətə çatdırılmasında ən yaxşı təcrübələri daha yaxından nəzərdən keçirmək, bununla yanaşı həm uğurlu, həm də qeyri-effektiv kommunikasiya kampaniyaları və vasitələri kontekstində müxtəlif ölkələrin kommunikasiya nümunələrini təqdim etmək olub.

Qeyd edək ki, 2000-ci il dekabrın 11-də Buxarestdə təsis olunmuş Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ETRA) 43 ölkəni təmsil edən 47 tənzimləyici qurumu özündə birləşdirərək enerji tənzimlənməsi sahəsində bilik və təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır.EMTA yarandığı ilk vaxtlardan ETRA ilə əlaqələr qurub və 2018-ci ilin aprel ayından təşkilatın assosiativ üzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9825
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7927
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1579
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1491
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1475
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1442
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
931
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
660
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
541
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
310
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
224
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
220